Ukraynanın “Dinamo” komandası “Qalatasaray”la yoldaşlıq oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin çalışdırıcısı Mirça Luçesku yerli mətbuata açıqlamasında bildirib.
Matç aprelin 14-də İstanbulda baş tutacaq. Görüşdən əldə olunacaq gəlir Rusiya ilə müharibədə valideynləri həlak olan ukraynalı uşaqlara xərclənəcək.