Superliqanın liderinin matçı təxirə salındı

11:44 - 8 Aprel 2022

Türkiyə Super Liqasının XXXII turu çərçivəsində bu gün keçirilməli olan "Qaziantep" - "Trabzonspor" matçı təxirə salınıb.

Sportal.az xəbər verir ki, Qaradəniz təmsilçisi dumanlı havaya görə Qaziantep səfərinə yollana bilməyib. Qarşılaşma bu səbəbdən sabaha ertələnib.

Matç saat 21:30-da başlayacaq.

​"Trabzonspor" çempionatda sona 7 tur qalmış 71 xalla vahid liderdir.

Xəbər xətti