PSJ-nin futbolçusu Leandro Paredes əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xroniki qasıq zədəsindən əziyyət çəkən yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. O, azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Paredes bu mövsüm 22 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
