"Bavariya" hücumçusu Serj Qnabriyə yeni müqavilə təklif edib.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi almaniyalı futbolçusunu satmaq istəmir. Məhz buna görə də ona yeni müqavilə təklif edib.
Rəhbərlik 26 yaşlı futbolçu ilə daha 2 illik müqavilə imzalamaq niyyətindədi. Artıq danışıqlara start verilib.
