Polşa klubu azərbaycanlı futbolçunu bəyəndi, bu gün müqavilə imzalanılacaq

13:14 - 8 Aprel 2022

Polşa klubunun düşərgəsinə yollanan Elgün Nəbiyev məşqçilər korpusunun etimadını qazana bilib.

Sportal.az saytının məlumatına görə, “Limanovia” klubunun məşqçilər korpusu azərbaycanlı futbolçunu bir məşqdən sonra bəyənib.
​

“Sabah”, “Sumqayıt”, “Zirə” və “Səbail” klublarında oynamış yarımmüdafiəçinin bu gün Polşa klubu ilə müqavilə imzalayacaq. “Limanovia” hazırda Polşa ikinci liqasında çıxış edir.

Xəbər xətti