"İnter"dən "Latsio"ya

14:19 - 8 Aprel 2022

"Latsio" "İnter"in futbolçusu Matias Vesinonu transfer etmək istəyir.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu 30 yaşlı yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edib.

Uruqvaylı futbolçu bu mövsüm "İnter"in heyətində 22 matçda 1 qol vurub. Onun "İnter"lə müqaviləsi 2022-ci ilin iyun ayının sonuna qədər qüvvədədi.

Xəbər xətti