Ukraynadakı müharibə qurbanlarına dəstək məqsədilə futbol matçları təşkil olunur.
Sportal.az xəbər verir ki, belə görüşlərdən birini də niderlandlı veteran futbolçu Uesli Sneyder həyata keçirib. 37 yaşlı keçmiş yarımmüdafiəçi özü də həmin matçda iştirak edib.
Niderland millisinin üzvünün görünüşü hamını təəccübləndirib. Sneyderin kökəlməsi diqqətdən yayınmayıb.

