Ramin Musayev: "Azad olunmuş ərazilərdə stadionların tikilməsi nəzərdə tutulur"

17:31 - 9 Aprel 2022

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Şamaxı" - "Neftçi" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni dəqqitinizə çatdırır:

 

- Çox maraqlı oyun oldu. Ən azından bu, bölgə üçün bir hədiyyədir. İnsanların üzündəki sevinc heç nə ilə əvəz oluna bilməz. İlk oyun idi. "Şamaxı" komandası pis oynamadı. 

 

- Futbolun bölgələrə qayıdışının davamı olacaq?

- Yüz faiz. Ən vacib olan işğaldan azad olunan torpaqlara futbolun qayıtmasıdır. Orada stadionların tikilməsi nəzərdə tutulur. Hər bölgənin öz komandası olacaq.

 

- Həmin bölgələr müəyyənləşib?

- Hər rayonda stadion tikiləcək.

 

- Bu, hansı müddətlə olacaq?

- O baxır maliyyəyə. 

 

- "Keşlə" mövsümün sonunadək Bakıda məşq edəcək...

- Adaptasiya olmağa görə belə edilir. Növbəti mövsümdən tam olaraq Şamaxıya köçməyi klub rəhbərliyi bilər. 

 

Elçin Əlixan

Xəbər xətti