Millimiz qələbəni əldən verdi

21:21 - 9 Aprel 2022

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün Malta yığması ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, Şimali İrlandiyada keçirilmiş oyun 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin qolunu qarşılaşmanın 1-ci dəqiqəsində Pərvin Səfərəliyeva vurub.

 

Komandamızın qrupda sonuncu oyununu aprelin 12-də meydan sahibi Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Xəbər xətti