Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşan Hüseynli hələ də Rusiya Superliqasında debüt edə bilməyib.
Sportal.az xəbər verir ki, ikinci həftədir “Torpedo”nun düşərgəsində olan Hüseynli, rəsmi matça çıxa bilməyib.
Son turda onun komnadası evdə çempionatın lideri “Sinara”ya 5:8 hesabı ilə uduzub.
Rövşənin adı heç sifariş ərizəsinə də daxil edilməyib. Hazırda “Torpedo” çempionatda ikinci pillədə qərarlaşıb.
