"Mançester Siti" yayda düşərgəyə Cənubi Amerikadan futbolçu dəvət edəcək.
Sportal.az "AlbicelesteTalk"a istinadən xəbər verir ki, "şəhərlilər"in rəhbərliyi "River Pleyt"in futbolçusu Enzo Fernandesi transfer etmək niyyətindədi.
21 yaşlı yarımmüdafiəçi özü də İngiltərə klubuna keçmək istəyir. Argentinalının "River Pleyt"lə müqaviləsi 2025-ci ilə qədərdi. “River Pleyt” yetirməsi olan futbolçu bir 2020-ci ildə “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.
