Çexiya 1-ci liqasında 22-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya Jijkov" da növbəti oyununa çıxıb.
Onun komandası "Zbroyvka Brno" ilə qarşılaşıb. Nəbiyevin komandası evdə liderə qarşı oynanılan matçdan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Start heyətində meydana çıxan Fərid fasilədə əvəzlənib.
Hazırda "Viktoriya Jijkov" 11 xalla 16-cı pillədə qərarlaşıb.
