Rusiya və İran milliləri yoxlama görüşündə üz-üzə gələ bilər.
Sportal.az "Sport-Ekspress" portalına istinadən xəbər verir ki, görüşün iyunun 2-də keçirilməsi planlaşdırılır.
Hər iki ölkənin futbol federasiyaları yoldaşlıq görüşü barədə razılıq əldə edib. Amma matçın məkanı hələ ki, bəlli deyil. Çünki belə bir matçın baş tutması üçün öncə FİFA-dan icazə alınmalıdı.
