U-21 millimizin sabiq üzvü, hazırda “Kəpəz”də forma geyinən Nicat Süleymanivun evi qarət olunub.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən həyət evinə oğru girib. Mənzildən qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.
Nicat daha əvvəl "Zirə" və "Qarabağ"da çıxış edib. (İdmanxeber.az)
