Kilian Mbappenin gedişindən sonra PSJ onun boşluğunu "Barselona"nın yarımmüdafiəçisi Osman Dembele ilə doldurmaq niyyətindədi.
Sportal.az "El Nacional"a istinadən xəbər verir ki, fransalı futbolçu Parisə köçməyə müsbət yanaşır. Mbappe Paris klubunu tərk edərsə, Dembelenin cari mövsümün sonunda azad agent kimi PSJ-yə keçəcəyi gözlənilir. Halbuki futbolçunun xidmətində "Real" da maraqlıdı.
24 yaşlı Dembelenin Kataloniya klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.
