“Qarabağ” 2 pillə irəlilədi, “Neftçi” gerilədi

19:20 - 10 Aprel 2022

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportal.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” də var.

129 xalı olan Ağdam klubu ötən ayla müqayisədə 2 pillə irəliləyərək, 106-cı sırada qərarlaşıb. Bakı təmsilçisi isə 81.5 xalla 106-cı yerdən 107-ci sıraya geriləyib.

Siyahıya 312 xalla İngiltərənin “Çelsi” klubu başçılıq edir. Braziliya “Palmeyras”ı 288 xalla ikinci, bu ölkənin digər təmsilçisi “Atletiko Mineyro” isə 285 xalla üçüncüdür.

​İlk onluqda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin forma geyindiyi Zaqreb “Dinamo”su da var. Xorvatiya klubu 241 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti