Əliyev oynadı, komandası 1 xal qazandı

20:32 - 10 Aprel 2022

Rusiya birinci liqasında 32-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi "SKA-Xabarovsk" növbəti matçına çıxıb.

Əliyevin komandası "Volqar Astraxan"la üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Oyuna start heyətində meydana çıxan Kamran 57-ci dəqiqədə əvəzlənib.

​“SKA-Xabarovsk” 32 turdan sonra 53 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti