Mahir Emreli "Dinamo"da ilk qolunu vurdu

00:06 - 11 Aprel 2022

Millimizin forvard; Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında 30-cu tur oyununa çıxıb.

Sportal.az xəbər verir ki, zaqreblilər "Riyeka" səfərində 2:1 hesabı ilə qələbə qazanıb.

57-ci dəqiqədə meydana çıxan Mahir 79-cu dəqiqədə komandasının ilk qolunu vurub. Bu, Emrelinin Zaqreb təmsilçisində ilk qoludu. Sona az qalmış ikinci qolu vuran "Dinamo" matçı qələbə ilə başa vurub.

22:00. "Riyeka" - "Dinamo" (Zaqreb) - 1:2
Qollar:
Cerin 6, (1:0), Emreli, 79 (1:1), Ademi, 86 (1:2)

Xəbər xətti