Mövsümün sonunda "Yuventus"dan ayrılacaq Paulo Dibala son ev oyununda azarkeşlərlə vidalaşıb.
Sportal.az xəbər verir ki, argentinalı hücumçu Turin təmsilçisində keçirdiyi illər ərzində həm futbolçu, həm də insan olaraq böyüdüyünü bildirib:
"Bura 21 yaşımda gəldim. O gündən bu yana həm futbolçu, həm də insan olaraq böyüdüm. Sevinc, çalışmaq, qollar və qələbələrlə dolu illər idi. Sevginizi əsla unutmayacağam. Hər şeyə görə təşəkkür edirəm".
Paulo Dibala "Yuventus"a 2017-ci ilin yayında "Palermo"dan transfer olunub. 28 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində meydana çıxdığı 292 matçda 115 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu "Yuventus" forması ilə 5 dəfə İtaliya A Seriyasında çempionluq yaşayıb.
saytlarin hazirlanmasi