İtaliyanın "Milan" klubu ABŞ-ın "RedBird Capital Partners" şirkətinə satılıb.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub sentyabr ayına kimi yeni sahibinə qovuşacaq.
Razılaşmanın məbləği 1,2 milyard avrodur.
Qeyd edək ki, "Milan" İtaliya A Seriyasında 2021/2022 mövsümünün qalibi olub.