İspaniya millisinin sabiq üzvü Sesk Fabreqas İtaliyaya yollanacaq.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçu A seriyasında oynayan klublardan birinə yox, aşağı liqa təmsilçisi ilə anlaşıb.
35 yaşlı futbolçu "Komo" ilə razılığa gəlib. B seriyasında çıxış edən klub hazırda azad agent statusuna malik olan futbolçu ilə razılıq əldə edib. O, tibbi müayinədən keçdikdən sonra "Komo" ilə iki illik müqavilə imzalayacaq.