"Neftçi"nin qolkiperi zədələndi

18:25 - 7 Avqust 2022

“Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib.

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın qolkiperi Premyer Liqanın birinci turunun “Şamaxı” ilə oyununda 63-cü dəqiqədə burnundan xəsarət alıb.

O, Mert Çeliklə toqquşmadan sonra zədələnərək meydanı vaxtından əvvəl tərk etməli olub.

Məmmədovu ehtiyat qolkiper Əlirza Müştəbazadə əvəzləyib.

Xəbər xətti