Türkiyə millisinin üzvü Mert Çetin İtaliyada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, müqavilə ilə "Verona"ya məxsus olan 25 yaşlı müdafiəçi 2022/23 mövsümündə "Leççe"də oynayacaq.
A Seriyasında mübarizə aparacaq klub mərkəz müdafiəçisini icarəyə götürüb.
Çetin 2020-ci ildə "Roma"dan "Verona"ya keçib. Daha əvvəllər isə futbolçu "Hacettepe" və “Gənclərbirliyi” klublarında oynayıb.
