"Fənərbaxça"nın istədiyi forvard klubunda qaldı

20:34 - 7 Avqust 2022

"Borussiya" (Münhenqladbax) hücumçusu Alassane Plea ilə müqavilənin müddətini artırıb.

Sportal.az klubunun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya klubu 29 yaşlı futbolçu ilə 3 illik yeni müqavilə imzalayıb.

Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaqdı.

Yeni müqaviləyə görə forvard 2025-ci ilə kimi Münhenqladbax klubuna kömək olacaq.

Bir müddət əvvəl Pleanın "Fənərbaxça"ya keçəcəyi iddia edilirdi.

​"Lion" yetirməsi olan fransız "Oser"də oynadıqdan sonra 2018-ci ildə "Borussiya"ya keçib. O, Fransa millisinin üzvüdü.

Xəbər xətti