"Neftçi"nin rəqibi bərabərə qaldı

20:58 - 7 Avqust 2022

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Rapid” Avstriya Bundesliqasında növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Vyana klubu Bundesliqanın üçüncü turu çərçivəsində “Austria Lustenau” ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə nəticələnib.

“Rapid” – “Austriya Lustenau” 1:1
Qollar:
Buqrştaller 21 – Surdanoviç 70

Hazırda "Rapid" üç turdan sonra 7 xalla ikinci pillədədi.

Xəbər xətti