Almaniya II Bundesliqasında II turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qurduğu "Ersgebirge" doğma meydanda "Osnabryuk"la qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
2 turdan sonra 2 xal toplayan "Ersgebirge" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.