İslam Həmrəyliyi Oyunlarında növbəti medal

20:14 - 9 Avqust 2022

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

Sporat.az xəbər verir ki, üçtəkanla tullanmada növündə mübarizə aparan Aleksis Kopello fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.

Xəbər xətti