Millimiz Əfqanıstanı məğlub etdi

22:17 - 9 Avqust 2022

Avqustun 9-da Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında qadın həndbolçulardan ibarət Azərbaycan millisi “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığması qrup mərhələsinin ikinci görüşündə Əfqanıstan millisi ilə qarşılaşıb. Oyunun ilk hissəsi millimizin böyük hesablı üstünlüyü ilə yekunlaşıb – 20:04. Rəqib üzərində aşkar üstünlüyü oyunun ikinci hissəsində də davam etdirən komandamız 23:05 hesabı ilə qalib gəlib.

 

Ümumi hesabda 43:09 hesabı ilə üstün olan həndbolçularımız qrupda ikinci görüşdə parlaq qələbə qazanıblar.

Xəbər xətti