Timo Verner Almaniyaya qayıtdı

22:51 - 9 Avqust 2022

Almaniyanın "Leyptsiq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Çelsi"dən Timo Verneri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Almaniya milli komandasının üzvü ilə 4 illik müqavilə imzalanıb. "Leyptsiq" 26 yaşlı forvard üçün London klubuna bonuslarla birlikdə 30 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, "Çelsi" Timo Verneri 2020-ci ilin yayında "Leyptsiq"dən transfer etmişdi.

Xəbər xətti