Anri İtaliya klubunun səhmlərini aldı

20:50 - 29 Avqust 2022

Fransalı keçmiş futbolçu Tyerri Anri İtaliyanın "Komo" klubunun ortaq sahibi olub.

 

Sportal.az xəbər verir ki, o, klubun səhmlərinin yarısını alıb. Bu barədə "Komo"nun rəsmi saytı məlumat yayıb. 

 

Qeyd edək ki, İtaliya B Seriyasında mübarizə aparan klub yay transfer pəncərəsi zamanı Sesk Fabreqas və Patrik Kutrone kimi futbolçuları heyətinə qatıb. 

Xəbər xətti