"Qarabağ" Avropa Liqası qrup mərhələsinin üçüncü turunun oyununda səfərdə "Olimpiakos"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev açıqlama verib:
"Bura çox güclü rəqiblə oynamağa gəlmişik. Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik. "Olimpiakos"un yaxşı futbolçuları və azarkeşləri var".
Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi