"Roma"nın futbolçusu Paulo Dibala sıradan çıxıb.
Sportal.az xəbər verir ki, argentinalı forvard A Seriyasının 9-cu turunun "Leççe" ilə matçında (2:1) zədələnərək meydanı tərk edib.
Qarşılaşmadan sonra paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo Dibalanın durumu haqda danışıb. O, 28 yaşlı hücumçunun durumunun yaxşı olmadığını bildirib:
"Dibalanın zədəsinin ciddi olduğunu düşünürdüm. Onunla danışdıqdan sonra daha da pis olduğunu düşünürəm".
Argentina yığmasının üzvünün noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq dünya çempionatını buraxmaq ehtimalı var.
saytlarin hazirlanmasi