Misli Premyer Liqasının IX turunun “Qəbələ” ilə səfər oyununda hesabı açan Filip Ozobiç üçün bu qol ikiqat yubileylə əlamətdar olub.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi həm çempionatda, həm də klubda yubiley qoluna imza atıb.
Filip Premyer Liqada özünün 50-ci qolunu vurub. Bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb.
Ozobiç Ağdam klubunda ümumilikdə 40-cı dəfə fərqlənib. Onun hesabında çempionatdakı 34 topdan başqa 6 avrokubok qolu da var.
Qeyd edək ki, Filip Premyer Liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.
saytlarin hazirlanmasi