Ulduz futbolçu dünya çempionatını buraxa bilər

17:11 - 12 Oktyabr 2022

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Anxel Di Mariya sıradan çıxıb. 34 yaşlı vinger Çempionlar Liqası qrup mərhələsinin 4-cü turunun "Makkabi" (Hayfa) ilə matçında (0:2) zədələnib.

 

Argentina millisinin üzvünün təxminə 40 gün yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur. Təcrübəli futbolçu DÇ-2022-ni buraxa bilər.

 

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Xəbər xətti