"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda "Olimpiakos"la 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, bu nəticə Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
Ağdam təmsilçisinin heç-heçəsi ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb. Azərbaycan bununla da, reytinqdə 15,875-ə çatıb və 29-cu pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, "Qarabağ" G qrupunda 4 turdan sonra 7 xal toplayıb və 2-ci sıradadır.
saytlarin hazirlanmasi