"Qarabağ" Avropa Liqası qrup mərhələsinin dördüncü turunda Bakıda "Olimpiakos"la 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin hücumçusu Ramil Şeydayev "CBC Sport" kanalına açıqlama verib. 26 yaşlı forvard Yunanıstan klubunun vaxtı uzatdığını deyib:
"Deyəcək sözümüz yoxdur. Rəqib müdafiədən oynadı və boşluqlar vermədi. Oyunun sonlarında isə vaxtı uzadırdılar. "Olimpiakos"un belə oynayacağını gözləmirdik. Düşünürdük ki, hücum edəcəklər. Cinah müdafiəçiləri belə hücuma çıxmırdı. Oyun haqda başqa nə demək olar? Bir xal da bizim üçün əhəmiyyətlidir".
saytlarin hazirlanmasi