Avrokuboklarda ən az qol buraxan komandalar: "Qarabağ" ilk "10-luq"da

11:29 - 18 Oktyabr 2022

Hazırda davam edən mövsümdə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən az qol buraxan komandalar məlum olub.

 

Sportal.az xəbər verir ki, turnirlərdə qol buraxmayan iki komanda var. Çempionlar Liqasında "Brügge" (Belçika), Konfrans Liqasında isə "Başakşehir" (Türkiyə) qapısını toxunulmaz saxlamağı bacarıb.

 

Avropa Liqasında mübarizə aparan "Qarabağ" da ilk "10-luq"da yer alıb. Ağdam təmsilçisi qrup mərhələsində keçirdiyi 4 matçda 2 qol buraxıb.

"Qarabağ"la eyni qrupda yer alan "Frayburq" da siyahıda var. Almaniya klubu 4 görüşdə qapısında 1 top görüb. Həmin qolu da 1-ci turda "Qarabağ"ın müdafiəçisi Marko Veşoviç vurub.

 

Xəbər xətti