Medina: "Bu idmanla məşğul olduğuma görə çox xoşbəxtəm"

13:24 - 18 Oktyabr 2022

"Qarabağ"ın futbolçusu Kevin Medina sosial şəbəkə hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın 10-cu turunun "Sumqayıt"la matçından (3:1) fotolarını paylaşan kolumbiyalı müdafiəçi futbolla məşğul olduğuna görə özünü xoşbəxt hiss etdiyini deyib:

 

"Bu idmanla məşğul olduğuma görə çox xoşbəxtəm. Bu çılğın həyat gözəldir"

 

Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir. 29 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 6 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti