İtaliya A Seriyasında 2021/2022 mövsümünün ən yaxşıları açıqlanıb.
Sportal.az xəbər verir ki, başa çatan mövsümü çempion tamamlayan "Milan" ən yaxşı komanda seçilib.
"Rossoneri"nin çalışdırıcısı Stefano Pioli ən yaxşı baş məqşçi adına layiq görülüb. Mövsümün oyunçusu isə "Milan"ın yarımmüdafiəçisi Rafael Leao seçilib.
Qeyd edək ki, "Milan" 2021/2022 mövsümünü 86 xalla lider tamamlayıb. 84 xal toplayan "İnter" isə ikinci olub.
saytlarin hazirlanmasi