Antuan Kombuare: "Qarabağ"la matç bizim üçün finaldır"

17:29 - 26 Oktyabr 2022

"Nant" Avropa Liqası qrup mərhələsinin beşinci turu çərçivəsində doğma meydanda "Qarabağ"la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Fransa klubunun baş məşqçisi Antuan Kombuare açıqlama verib. 59 yaşlı mütəxəssis "Qarabağ"la oyunu finala bərabər hesab edib:

 

"Qarabağ"la matç əlbəttə ki, bizim üçün finaldır. Bu, ikinci yerə ümid etmək üçün son şansımızdır. Azarkeşlərə demək istəyirəm ki, bizi dəstəkləməyə davam etsinlər. Onların dəstəyinin çox vacib olduğunu bilirik. Yaşadığımız unikal bir şeydir. Geri qayıtmağı bilməliyik. "Nitsa" ilə matçdakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti qarşılaşmalarda gətirməliyik".

 

Qeyd edək ki, "Nant" - "Qarabağ" qarşılaşması 27 oktyabr tarixində, Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti