"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqası qrup mərhələsinin "Nant"la matçından (1:2) sonra "CBC Sport"a açıqlama verib.
Sportal.az xəbər verir ki, fransalı vinger hədəflərinin növbəti mərhələyə vəsiqə qazanmaq olduğunu deyib:
"Çalışdıq ki, öz oyunumuzu nümayiş etdirək. Məyusedicidir. Son dəqiqədə qol buraxdıq. Bu, futboldur. İrəli baxmalıyıq. Hədəfimiz mərhələ adlamaqdır. Ümid edirəm ki, "Frayburq"la oyunda istədiyimizi nəticəni əldə edəcəyik.
Möhtəşəm atmosfer var idi. Ümumiyyətlə, Fransaya qayıtmaq mənim üçün özəldi. Ailə üzvlərim buradadır. Buna baxmayaraq, nəticəyə görə buradan məyus dönürəm".