Ovusu Avroliqada hamını qabaqlayır

12:42 - 28 Oktyabr 2022

Avropa Liqasının qrup mərhələsi matçlarında çərviçəyə ən çox dəqiq zərbə endirən futbolçu "Qarabağ"ın hücumçusu Kvabena Ovusu olub.

 

Sportal.az xəbər verir ki, qanalı forvard 5 oyuna 10 dəqiq zərbə ilə birinci yerdədir. 25 yaşlı futbolçu 2 dəfə rəqib qapısından top keçirib. 

 

"Mançester Yunayted"dən Markus Reşford və "Braqa"dan Vitor Oliveyra isə 9 zərbə ilə ikinci yerdə qərarlaşıb.

 

Turnirdə ən çox seyv edən qolkiper isə Şahruddin Məhəmmədəliyevdir (5 oyuna 20 seyv).

Xəbər xətti