Premyer Liqanın 12-ci turunun “Şamaxı” – “Qarabağ” oyununda (0:4) zədələnmiş Filip Ozobiç bu gün MRT müayinəsindən keçib.
Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin diz yan bağlarında dartınma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.
saytlarin hazirlanmasi