"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqası qrup mərhələsinin son turunun "Frayburq"la matçından (1:1) sonra "CBC Sport" kanalına açıqlama verib.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis avrokuboklarda yaxşı mövsüm keçirdiklərini bildirib:
"Deyiləcək çox söz yoxdur. Futbolçularıma təşəkkür edirəm. Oyundan əvvəl də danışmışdıq. Avropada yaxşı mövsüm keçirdik. Futbolçularımı təbrik edirəm. Azarkeşlərimiz də möhtəşəm idilər.
Qol epizodunda əsəbiləşdim. Penalti epizodunda da ofsayd verdilər. Bilmirəm nə üçün belə oldu. Yenidən baxandan sonra dəqiq fikirlər bildirə bilərəm".