"Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Frayburq"a qarşı keçirdikləri oyunla (1:1) bağlı instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi komandanın bir parçası olduğuna görə qürur duyduğunu bildirib:
"Bu komandanın bir parçası olmaqdan qürur duyuram. Bilirəm ki, qarşıda bizi bir yol gözləyir və daha gözəl şeylər olacaq. İrəli baxmağa davam".
Qeyd edək ki, "Qarabağ"ı "Frayburq"la oyuna kapitan kimi çıxaran Almeyda 87 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi