Qara Qarayev: "2023-cü ildə görüşənədək"

16:08 - 4 Noyabr 2022

"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqası qrup mərhələsinin 6-cı turu çərçivəsində "Frayburq"la keçirilən oyundan (1:1) sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. Təcrübəli oyunçu "Qarabağ"ın bir parçası olduğu üçün qürur duyduğunu qeyd edib:

 

"Bu komandanın bir parçası olduğum üçün qürur duyuram! 2023-cü ildə görüşənədək".

 

Qeyd edək ki, Qara Qarayev zədə səbəbindən "Frayburq"la matçda meydana çıxmayıb. O, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Xəbər xətti