Tottiyə xəyanət edən həyat yoldaşı ondan sərvət istəyir

11:56 - 5 Noyabr 2022

"Roma"nın əfsanəvi futbolçusu Frənçesko Totti ilə boşanma ərəfəsində olan İlari Blasi ondan xeyli miqdarda aliment tələb edir.

 

Sportalaz xəbər verir ki, o, italiyalı keçmiş hücumçudan aylıq 37 500 avro istəyir. Blasi 20 min avro özü üçün, 5000 avro isə üç uşağının hər biri üçün tələb edir.

 

Totti uşaqları üçün ümumilikdə 7000 avro ödəyəcəyini bildirir. Tərəflər alimentlə bağlı razılığa gələ bilməsə, məsələ məhkəmədə həll olunacaq.

 

Qeyd edək ki, Françesko Totti bir müddət əvvəl 20 illik həyat yoldaşının ona xəyanət etdiyini açıqlamışdı.

Xəbər xətti