"Qarabağ" Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə "Neftçi"mi 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib oyun idi. Nəticə öz yerində, mənim üçün futbolçuların geri dönməsi, yaxşı oyun göstərməsi çox önəmli idi. Bu gün bunu gördüm. Düzdür, yorulanlar çox oldu. Bəlkə zədələnənlər də olacaq. Əvvəl də bildirmişdim ki, komandada yorğunluq var. Bu yorğunluq düşünmədiyimiz zədələrə gətirib çıxara bilər. Bir neçə oyunçumuzda şübhəli əzələ ağrıları oldu. Yaxşı oyunla çox vacib 3 xal əldə etdik.
- "Zirə" ilə oyundan sonra futbolçulardan narazı qaldığınızı bildirmişdiz. 3 gün ərzində komandada nə dəyişdi?
- Bəlkə də "Zirə" daha yaxşı müdafiə olunurdu. Təcrübəli futbolçular nə qədər yorğun olsalar da, belə vacib matçlarda özlərini ələ almağı bacarmalıdırlar. "Zirə" ilə görüşdən sonra da qeyd etmişdim ki, futbolçularımı başa düşürəm. Təkcə əzələlər yox, həm də beyin yorulur. Bu gün oyunçulardan razı qalsam da, yorğunluq hələ də məni narahat edir. İnsan ilboyu sağlam ola bilməz. Futbolçular əvvəlki oyundan nəticə çıxarmışdılar. Dəyişən bir şey yoxdur. Öz rejimimizi bilirik.
- "Neftçi"dən belə zəif çıxış gözləyirdiz?
- Heç kimə zəif deyə bilmərəm. Bəlkə də bu gün mənim futbolçularım daha yaxşı idilər. Əvvəlki oyunlarda istifadə olunmayan qol epizodları bu gün dəyərləndirildi. "Neftçi" həmişə "Neftçi"dir. Bu gün bizdə daha çox alındı, nəinki "Neftçi"də.
- Qısa müddət ərzində "Qəbələ" ilə 3 dəfə qarşılaşacaqsız. Belə qısa müddətdə eyni rəqiblə 3 dəfə oynamaq futbolçulara necə təsir edir?
- Mənim üçün hər komandamıza qarşı oynamaq xoşdur. Amma 3-4 gündən bir eyni komandaya qarşı oynayanda futbolçuları motivasiya etmək asan olmur. Bu, bizə çətinlik yarada bilər. Belə hallar dəfələrlə olub. Bunun yaxşı tərəfi də olub, pis tərəfi də.
- Uzan fasilədən sonra Maksim Medvedev sağ cinah müdafiəçisi kimi oynadı. Onun bu mövqedə oyununu necə qiymətləndirirsiz?
- Daha çox təcrübənin hesabına oynadı. Maksim üçün birdən-birə orada oynamaq heç də asan deyil. Çünki, çox məsuliyyətli mövqedir. Ümumın nə danışmışdıqsa, doğru yerinə yetirməyə çalışdı. Oyunundan razı qaldım.
- Ramil Şeydayev bir neçə dəfə fərqlənə bilərdi...
- Qapıçı yaxşı oynadı. Hücumçunun borcudur ki, qol epizodlarına girsin və istifadə eləsin. Bu gün Ramil yaxşı idi.
Elçin Əlixan
saytlarin hazirlanmasi