"Qarabağ"da ciddi itki: Medina ilin sonuna kimi oynamayacaq

13:35 - 7 Dekabr 2022

Azərbaycan Premyer Liqasının 16-cı turunun "Neftçi" ilə matçında zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumu bəlli olub.

 

Sportal.az xəbər verir ki, tibbi müayinədən keçən kolumbiyalı mərkəz müdafiəçisinin əzələsində yırtıq aşkarlanıb. 29 yaşlı futbolçu 4 həftə məşqlərdən uzaq qalacaq. Bu isə təcrübəli oyununçunun 2022-ci ilin sonunadək meydana çıxmayacağı deməkdir.

 

Qeyd edək ki, Kevin Medina cari mövsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti