"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Komanda.az saytının keçirdiyi sorğuda "ilin məşqçisi" seçilib.
Sportal.az xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən 50 yaşlı mütəxəssis fikirlərini bildirib:
"Çox xoşdur bir il sonra sizlərin qarşısında olmaq, bu adı qoruyub-saxlamaq. Burada öz fikirlərimə qulaq asıram, minimum titulu qorumaq üçün bir il heç də az əziyyət çəkmədik. Bunun bəhrəsini gördüm, ilin məşqçisi seçildim. Buradakı klipi görəndə, bu ad mənə veriləndə, daha da, məsuliyyətli və istəkli oluram. Çalışıram ki, azarkeşlərin, sizlərin inamını qoruyub-saxalayım. Buna nail ola bilirəmsə, ondan dəyərli heç nə ola bilməz. Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm. Çox çalışan məşqçilər və idarəçilərimiz var. Hansı ki, futbolumuzun daha yaxşı səviyyəyə çatmasını istəyirlər. İnanıram ki, məndən də, daha yaxşıları olacaq. Öz üzərimə düşəni etməyə çalışıram. İnanırlarsa, bunu layiqincə yerinə yetirməyə çalışıram. Sizin fikirlərinizə çox diqqətlə qulaq asıram. Bayaq dediniz, Qurban müəllim və başqaları. Fikirlərinizə görə təşəkkür edirəm. Amma bizim çox yaxşı, bacarıqlı məşqçilərimiz var. Onlar da futbolumuza fayda verəcək. Hər birinizə öz işinizdə uğurlar arzu edirəm".
Mirbağırağa
saytlarin hazirlanmasi